» » "Bu xəbərdən sonra evdə qala bilmədim..." -


Xalq artisti Aygün Kazımovadan xəbər var.

Operativ24.Az xəbər verir ki, müğənni "İnstagram" səhifəsində xalqın içində olan videosunu paylaşıb.

Cəbrayılın və bir neçə kəndimizin işğaldan azad olunması xəbərinə sevincini belə ifadə edib:

"Ali Baş Komandanın, cənab Prezidentimizin 30 ildir həsrətlə gözlədiyimiz sevincli xəbərlərindən sonra, evdə qala bilmədim, özümü atdım xalqın içinə.


Sevincdən düşdüm küçələrə, gözəl şəhərimizdə çoşqunu gördükcə, bir az da qürurlandım.

Yaşasın şanlı Azərbaycan ordusu!

Yaşasın Azərbaycan əsgəri!

Qarabağ Azərbaycandır! "