» » Təqaüdünün 180 manatını orduya köçürən 69 yaşlı kişi


Ötən gün sosial şəbəkələrdə yaşlı kişinin Silahlı Qüvvələrə Yardım Fonduna təqaüdünü köçürməsi ilə bağlı məlumat paylaşılıb.

Şəkinin Baş Küngüt kənd sakini 69 yaşlı Musayev Hikimət Məhərrəm oğlu starxeber.az-a açıqlama verərək bildirib ki, orduya dəstək vermək hər kəsin vətəndaşlıq borcudur:

"Eşitdim ki, ASAN Xidmətdə ordumuza dəstək üçün pul köçürmək olur. Mən də qərara gəldim ki, təqaüdümdən 180 manatı ordumuzun fonduna köçürüm. Bundan sonra da hər ay bu yardımı etmək fikrindəyəm. İndiki məqamda hər birimiz ordumuza dəstək olmalıyıq. Əminəm ki, ordumuzun sayəsində qələbə qzanacağıq və itirilmiş ərazilərimiz bərpa olunacaq".