» » Azərbaycanda daha 12 şagird və 2 işçidə koronavirus aşkarlandı


Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən starxeber.az-a bildirilib ki, 6 şagird və 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 12 şagird və 2 işçidə koronavirus aşkarlanıb.
Əyani təhsilə keçirilmiş siniflərin sayı 4, distant təhsilə keçmiş siniflərin sayı isə 3-dür.

İndiyə qədər ölkə üzrə iki məktəb, 27 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.