» » Abşeronda yaşayış binasında


Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yanğın baş verib.

starxeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 75 kv/m olan mənzilin yanar konstruksiyaları 25 kv/m sahədə yanıb.

Yanğın zamanı tüstülənmiş mənzillərdən 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.