» » Millimiz Kiprlə oyuna itki ilə çıxacaq


Azərbaycan yığması UEFA Millətlər Liqasında IV turun Kiprlə oyununa futbolçu itkisi ilə çıxacaq.

starxeber.az xəbər verir ki, müdafiəçi Bədavi Hüseynov Monteneqro ilə bugünkü matçda sarı vərəqə alaraq, cəzalı duruma düşüb. O, ilk dəfə sentyabrın 8-də Kiprə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada rəsmi xəbərdarlıqla üzləşib.

Qeyd edək ki, Kiprlə qarşıdakı görüş okyabrın 13-də Albaniyanın Elbasan şəhərindəki eyniadlı stadionda olacaq.