Operativ24.Az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında rusiyalı müğənni Filipp Kirkorovla Ermənistana 33 min dollar yardım edən atası Bedros Kirkorovun şəklini paylaşaraq, qəzəbini gizlətməyib. Müğənni şəklə bu şərhi yazıb:
"Gətirin, bu alçaqları mindirin başımıza. Erməni əsilli Bedros Kirkorov (Filipp Kirkorovun atası-Kirkoryan) erməni ordusuna 33 min dollar yardım edib"
Müğənni daha sonra paylaşımına Filipp Kirkorovu əlavə edərək,rus dilində bunları yazıb:
"@fkirkorov heç utanırsız? Azərbaycan xalqı sizə yaxşılıq edib. Siz isə "Can Azərbaycan" deyib, ermənilərə yardım edirsiz. Niyə siz ingilis bayrağısız? "
Nadir Qafarzadənin paylaşımına izləyiciləri də dəstək olub.//big.az