» » "Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir" -


Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam etdirməsi ilə bağlı paylaşım edib.

starxeber.az xəbər verir ki, "Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir", - deyə Azərbaycan Prezidentinin köməkçisi "Twitter" səhifəsində yazıb.

Prezidentin köməkçisi bildirib ki, Ermənistanın cəzasız qalması onu daha çox müharibə cinayətlərinə sövq edir: “Humanitar atəşkəsi pozan Ermənistan Gəncənin sıx məskunlaşdığı yaşayış hissəsini nizamsız atəşə tutdu. Ermənistanı dayandırmaq lazımdır”.

Hikmət Hacıyev həmçinin əlavə edib ki, hazırda ən azı yeddi mülki şəxs, o cümlədən qadınlar öldürülüb. Uşaqlar da daxil olmaqla 33 mülki şəxs ağır yaralanıb.