» » İsrailin ən yaşlı sakini öldü


İsrailin ən yaşlı sakini Şlomo Yehuda 117 yaşında vəfat etdi.

starxeber.az xəbər verir ki, bu barədə “Ynet portalı yazır. Kişinin oktyabrın əvvəlində öldüyü bildirilir.

Şlomonun altı uşağı, onlarla nəvəsi, nəticəsi və hətta kötücəsinin də olduğu qeyd edilir. O, ailəsi ilə İsrailin Netaniya şəhərində yaşayıb. Bu şəhərə isə onun ailəsi 1949-cu ildə Yəməndən köçüb.

Koronavirus səbəbindən tətbiq edilən karantin rejiminə görə gündəlik gəzintiyə çıxa bilmədiyi üçün 117 yaşlı israillinin səhhətində problem yaranıb.