» » Kolumbiyada təyyarə qəzası:


Kolumbiyanın mərkəzində təyyarənin düşməsi nəticəsində ən az üç nəfər öldü.

starxeber.az xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Xidməti bildirib.

Belə ki, təyyarə Ubate bələdiyyəsi, Kundinamarka departamentində düşüb: "Üç nəfər yerindəcə öldü, daha bir uşaq xəstəxanaya çatdırılıb"-  deyə məlumatda qeyd olunub.

Faktla bağlı araşdırma davam etdirilir.