» » Ermənilər AZTV-nin maşınını atəşə tutdu


Ermənistan silahlı qüvvələri Tərtər rayonunda jurnalistləri atəşə tutub.

starxeber.az xəbər verir ki, hadisə rayonun Düyərli kəndində baş verib. Azərbaycan Dövlət Televiziya və Radio Verlilşləri QSC-nin (AZTV) çəkiliş qrupunun olduğu avtomobil qəfil atəşə tutulub. 

Hadisə nəticəsində avtomobilin sürücüsü Namiq Qənbərov üz və qarın nayihəsindən xəsarət alıb, maşına ciddi ziyan dəyib.