» » Hikmət Hacıyev Tovuzda yaşayan erməni əsilli qadından yazdı


Qarabağ azad edildikdən sonra erməni icması Azərbaycanda sülh və firavanlıq şəraitində yaşayacaq.

starxeber.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb.

H.Hacıyev bildirib: “79 yaşlı erməni əsilli Azərbaycan vətəndaşı - xanım Marqosyan Alivina Sarkisovna. 

Ermənilərin Azərbaycanda dinc yaşamasının başqa bir təzahürü. Qarabağ azad edildikdən sonra erməni icması Azərbaycanda ləyaqət, sülh və firavanlıq şəraitində yaşayacaq”.