» » “Sənə o dünyada nə arzu edim?” -


Teleaparıcı Hacı Nuran Hüseynov İnstaqram hesabında izləyicilərini kədərləndirən paylaşım edib.

starxeber.az xəbər verir ki, aparıcı dünyasını dəyişən anasının şəklini paylaşaraq onun ad gününü təbrik edib:



"Hamının ad gününü böyük məmnuniyyətlə təbrik edirəm, dostlarıma, tanışlarıma bununla xoş söz, arzu, aura bəxş etmək istəyirəm. Axı hamımızın buna ehtiyacı var. Bircə sənin ad gününü təbrik etməyə çəkinirəm. Məni eşidəcəyinə inanıram, amma sənə o dünyada nə arzu edim? Mənim böyüməyimdə, təhsil almağımda, yaşamağımda o qədər əziyyətin var ki... Əziyyətini halal et, Allah sənə rəhmət eləsin - deyib, təbrik edirəm. Ana - ildən ilə mənasını başa düşməyə başladığım varlıq. Ayrı-ayrı dünyalarda yaşamağımızı mənə hiss etdirməyən bir varlıq. Nə qədər sənin şəninə söz desəm azdır. Allah bütün anaları cənnətlik eləsin, səni də onların içində. Rahat yat sevimli anam mənim. Səndən birdə olmayacaq”.