» » Ermənistan ötən gün 23 hərbçisinin öldüyünü açıqlayıb


İşğalçı Ermənistan hərbi itkiləri ilə bağlı növbəti siyahını açıqlayıb.

starxeber.az xəbər verir ki, bu haqda "Sputnik Ermənistan" saytı yazıb. Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı ötən gün məhv edilən erməni hərbçilərinin sayı 23 olub.

Bununla da Ermənistan tərəfi 555 hərbçisinin öldüyünü etiraf edib.