» » Çavuşoğlu və Lavrov cəbhədəki vəziyyəti müzakirə etdi


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında Ermənistanın humanitar atəşkəsə əməl etməməsi ilə bağlı telefon danışığı olub.

starxeber.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər Dağlıq Qarabağ problemi, Ermənistanın atəşkəsə əməl etməməsi, düşmənin mülki azərbaycanlı əhalini hədəf alması, o cümlədən Tərtərdə dəfn mərasimi zamanı qəbiristanlığa edilən hücumu müzakirə ediblər.