» » "Heç bir qüvvə Rusiya-Azərbaycan dostluğunu poza bilməz” -


Azərbaycan Prezidenti İlham Əliyev Rusiya xalqına müraciət edərək hər iki ölkənin dostluq və əməkdaşlıq əlaqələri ilə bağlı olduğunu qeyd edib və əmin olduğunu bildirib ki, göstərilən cəhdlərə baxmayaraq, heç bir qüvvə buna təsir edə bilməz.

starxeber.az xəbər verir ki, İ.Əliyev Azərbaycan və Ermənistan liderlərinin cümə axşamı Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova verdikləri paralel müsahibədə deyib: 

"Azərbaycan və Rusiya çoxəsrlik dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma telləri ilə bağlıdır. Əminəm ki, heç bir qüvvə buna təsir edə bilməz. Baxmayaraq ki, biz müxtəlif istiqamətlərdən nifaq salmaq, inamsızlıq yaratmaq cəhdləri görürük. Amma Rusiya və Azərbaycan rəhbərliyinin ardıcıl siyasəti sayəsində biz nəinki geri çəkilmirik, həm də irəliyə gedirik".

"Mən bu imkandan istifadə etmək,  öz sözlərimi çoxmilyonlu Rusiya auditoriyasına ünvanlamaq istərdim. Çünki bəzən münaqişə ilə, onun tarixi ilə, bugünkü vəziyyətlə bağlı müxtəlif fikirlər olur. Faktlara əsaslanaraq, əslində nələrin yaşandığını və hazırda nələrin baş verdiyini tamaşaçılarımızın diqqətinə çatdırmaq istəyirəm", - deyə Azərbaycan Prezidenti qeyd edib.