» » "2 həftəlik tətildə onlayn dərslər də dayandırılacaq"


Təhsil naziri Emin Əmrullayev məktəblərdə tətil elan edilməsi məsələsinə aydınlıq gətirib.

starxeber.az xəbər verir ki, nazir onlayn dərslərin də olmayacağını bildirib:

"Məktəblərlə bağlı karantin yox, tətil elan edilib. Tətildə isə heç bir tədris aparılmır. Buna görə də distant təhsilə də ehtiyac qalmır. 2 həftəlik tətildə onlayn dərslər də dayandırılacaq".

Nazir deyib ki, bəzi platformalar işləyir, bəziləri işləmir:

"Biz də Təhsil Nazirliyi olaraq bununla bağlı aidiyyatı qurumlarla əməkdaşlıq qurmuşuq, oktyabrın sonunda bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. İki həftəlik tətili kompensasiya edəcəyik. Sadəcə qarşıdakı tətil günlərini qabağa çəkmişik. Təhsil müddəti qısaldılmayıb.

Bakı, Sumqayıt şəhərlərində məktəblərə gələn şagirdlər avtobuslardan istifadə edir. Bu zaman da kütləvi yoluxma ola bilər. Ona görə də, iki həftə ərzində gözləmək ən yaxşı qərar ola bilərdi".