» » “Ermənistanın itkiləri dediklərindən bir neçə dəfə çoxdur”


“Azad edilmiş torpaqları hesablamaq o qədər də çətin məsələ deyil. Halbuki hər gün bu dəyişir. Dünən mən yeni 6 kəndin işğaldan azad edilməsi xəbərini Azərbaycan xalqına çatdırdım. Ondan əvvəlki gün də daha çox sayda kəndlər işğaldan azad edildi”.

starxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, bu mərhələ davam edir:

“Demək olar ki, hər gün biz yeni əraziləri, strateji yüksəklikləri işğaldan azad edirik. Ona görə bu rəqəmlər dəyişir. Ancaq bu gün rəsmi qaydada verilən məlumat deməyə əsas verir ki, hansı bölgələr azad edildi. Bu xəritədə misal üçün Hadrut yoxdur, artıq Hadrut bizdədir. Füzulinin ətrafında olan kəndlərin mütləq əksəriyyəti bizdədir. Və artıq Füzuli bizim gözümüzün qabağındadır. Cənub istiqamətində də irəliləmişik. Şimalda Murovdağ mövqeləri bizdədir. Madagiz bizdədir. Yəni, bütün istiqamətlər üzrə böyük qələbələr əldə etdik və bu mərhələ davam edir. Hesab edirəm ki, Azərbaycan xalqı bunu diqqətlə izləyir. Xüsusilə o kəndlərin sakinləri ki, o kəndlər işğaldan azad edilib, onlar üçün əlbəttə ki, bu, tarixi günlərdir”.