Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
starxeber.az xəbər verir ki, şəhər ərazisində yolu keçmək istəyən şəhər sakini, 1954-cü il təvəllüdlü Hüseynova Sevil Bəşir qızını avtomobil vurub.
Qəza nəticəsində ağır xəsarət alan 66 yaşlı qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.