“Başakşəhər” mövsümdə ilk qələbəsini qazandı

“Başakşəhər” mövsümdə ilk qələbəsini qazandı

İdman 17-okt, 22:27 25
Türkiyə Super Liqasında V tur 4 oyunla başlayıb.

Operativ24.Az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor” səfər matçına çıxıb .

“Kayserispor”un qonağı olan “igidlər” səfərdə 3 xalı 3 qolla əldə ediblər.

Loik Reminin het-trik etdiyi və 8 qolun vurulduğu oyunda “Rizəspor” “Ankaragücü”yə qalib gəlib.
Günün son qarşılaşmasında ötən mövsümün çempionu “Başakşəhər” gümüş mükafatçı “Trabzonspor”la münasibətlərinə aydınlıq gətirib. 

Trabzonda baş tutan görüşdə ev sahibləri məğlub olub. Mövsümə biabırçı nəticələrlə başlayan İstanbul təmsilçisi ilk qalibiyyətini əldə edib.

Turun digər oyunları oktyabrın 18-19-da keçiriləcək.//unikal.org
Oxşar xəbərlər
z