Düşmən yenə atəşkəs rejiminə

Düşmən yenə atəşkəs rejiminə ƏMƏL ETMİR

Hərbi 18-okt, 08:29 88
Oktyabrın 18-də saat 00.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub.

Operativ24.Az xəbər verir ki,  bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd olunub ki, düşmən Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutub. Şəxsi heyət arasında itki yoxdur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Qoşunlar bütün cəbhə boyu əlverişli hədd, əhəmiyyətli yüksəklik və mövqelərdə müvafiq fəaliyyətlər həyata keçirir.
Oxşar xəbərlər
z