» » Niaqara şəlaləsi Azərbaycan bayrağı rəngində işıqlandırıldı -


Oktyabrın 18-də məşhur Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

starxeber.az xəbər verir ki, bu, 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin 29-cu ildönümü münasibətilə Amerika Orta-Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin təşəbbüsü ilə reallaşıb.

Şəlalə axşam saatlarında Azərbaycan bayrağının göy, qırmızı və yaşıl rənglərinə boyanıb. Orada yaşayan həmyerlilərimiz isə əllərində Azərbaycan və Türkiyə bayrağı tutaraq şəlalənin kənarına yığışıblar.