» » Bakıda polis reyd keçirib


COVID-19 infeksiyasına yoluxma sayının artmasının qarşısının alınması məqsədi ilə ictimai yerlərdə, eləcə də sərnişindaşıma nəqliyyatında profilaktik tədbirlər və maarifləndirici reydlər keçirilib.

starxeber.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, buna səbəb isə vətəndaşların qoruyucu vasitələrdən istifadəsinin və sosial məsafəyə riayət etmələrinin təmin olunmasıdır.

Tədbirər çərçivəsində polis əməkdaşları ictimai nəqliyyatlarda, eləcə də qapalı məkanlarda pandemiya ilə mübarizədə vətəndaşların və sahibkarların üzərinə düşən məsuliyyətləri xatırladıblar.

Ölkədə davam edən hərbi vəziyyətlə əlaqədar da vətəndaşlar maarifləndirilib.

Bu cür tədbirlər qarşıdakı günlərdə də davam edəcək.