» » "Sevincimin həddi-hüdudu yoxdur" -


Azərbaycan şahmat millisinin qrossmeysteri Şəhriyar Məmmədyarov doğulduğu Zəngilan şəhərinin işğaldan azad edilməsi ilə bağlı sevincini bölüşüb.

starxeber.az xəbər verir ki, şahmatçı bu haqda facebook səhifəsində yazıb.

"Nəhayət ki, Zəngilan şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı. Sevincimin həddi-hüdudu yoxdur. Təşəkkür edirik Ali Baş Komandanımıza, təşəkkür edirik Azərbaycan əsgərinə! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycandır və həmişə Qarabağ Azərbaycanın olacaq!" deyə, Məmmədyarov paylaşımında qeyd edib.