» » Nazirlik Zəngilanın təhsil statistikasını açıqladı


Təhsil Nazirliyi Zəngilan rayonunun təhsil statistikasını açıqlayıb.

Nazirlikdən starxeber.Az-a bildirilib ki, Zəngilan rayonunda 1992-1993-cü tədris ilində - işğal olunana qədər 67 təhsil müəssisəsi fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 5 min 948, müəllimlərin sayı isə 946 nəfər olub. 

Hazırda – 2020-2021-ci tədris ilində rayon üzrə 33 təhsil müəssisəsi fəaliyyətdədir, müəllimlərin ümumi sayı 609, şagirdlərin sayı isə 5 min 741 nəfərdir.