» » Türkiyədə koronavirusdan ölənlərin sayı 9400-ü keçdi -


Türkiyədə bu gün daha 74 nəfər koronavirusdan ölüb.

starxeber.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, Türkiyədə koronavirusdan indiyədək 9445 nəfər ölüb. Yoluxma sayı 351 413-dür. 

Bu gün daha 1512 xəstə evə buraxılıb. Bununla da koronavirusdan sağalanların sayı 306 939 nəfərə çatıb.