» » Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb


Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

starxeber.az xəbər verir ki, rayonun Soltannuxa kənd sakini Allahyar Baxışlı idarə etdiyi "VAZ 21015" markalı minik avtomobili ilə Qəbələ-Ağdaş yolunda hərəkətdə olan zaman Zarağan kəndi ərazisində piyada, 1958-ci il təvəllüdlü Aydınqışlaq kənd sakini Qafarov Şərafəddin Şərif oğlunu vurub. 

Ş. Qafarov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. \\\ APA