» » “Düşük-düşük sözlərinizi özünüzə saxlayın...!”


Müharibə dövründə məşhurların hər kiçik addımı səs-küyə səbəb olur. Onların cəbhəyə yollanması, hərbi formada fotosessiyya etdirməsi, vətənpərvərlik ruhunda kliplər çəkdirməsi bəzən cəmiyyətdə qıcıq yaradır.  

starxeber.az Yenisabah.az-a istinadən xəbər verir ki, müğənni Səidə Sultan həmkarlarının buna görə tənqid edilməsinə sərt reaksiya verib:

“Bilirsiniz nəyə məəttəl qalıram? Vaxtında müğənnilər vətənlə bağlı mahnı oxuyub, klip çəkdirəndə ən az “like” toplayan, ən az şərh yazılan video, şəkil o olurdu. İndi müğənni vətənlə bağlı söz deyən kimi yazırsınız ki, “sizin vətən sevginiz bizə lazım deyil”. Niyə, ay balam? Deyirəm axı illərdir bəzilərinizi vətən sevgisi cırırdı, vətən deyib ağlayırdınız, biz isə kef edirdik. Siz necə, biz də elə”.
İfaçı bu dövrdə hər kəsi bir olmağa səsləyib:

“Utanın, yaxşı ki, bu aylar ərzində patriot hisslərimiz ayıldı, müharibəni yaşadıq! Müğənnilər də hamınız kimi o hissləri yaşayır. Bu dövlətin müğənninin puluna ehtiyacı yoxdur, müğənninin puluna qalmayıb. Hər yerindən duran “müğənnilər” deyir. 

Ayıbdır!  Bir ona əminəm ki, hamı xalqa işləyir, hamı xalqdan xal tutmaq, xal qazanmaq istəyir. Gəlin, bir olaq. Qələbə sevincini bir yaşayaq. Düşük-düşük sözlərinizi özünüzə saxlayın,  ay “müharibə veteranları!”