» » İşğaldan azad edilmiş Ağbənddə Azərbaycan bayrağı qaldırılıb -


Zəngilan rayonunun işğaldan azad edilmiş Ağbənd qəsəbəsində Azərbaycan bayrağı qaldırılıb.

starxeber.az xəbər verir ki, xilaskar Azərbaycan əsgəri bayrağın qaldırılması barədə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib:

“Möhtərəm Prezident!
Əmrinizə uyğun olaraq məruzə edirəm ki, Zəngilan rayonunun Ağbənd sərhəd zastavası işğaldan azad edilmişdir. Hazırda Azərbaycan bayrağı burada dalğalanmaqdadır. Bununla da Azərbaycan-İran dövlət sərhədinin 132 km-i işğaldan tam azad edilmişdir.

Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”