» » Milli parklara


Azərbaycanda koronovirusa yoluxmanın artması fonunda yeni məhdudiyyətlər gündəmə gəlib.

Milli parklara girişin məhdudlaşdırılması məsələsi də bu baxımdan aktuallıq qazanıb.

Operativ24.Az xəbər verir ki, Azərbaycandakı milli parklara girişin dayandırılması ilə bağlı  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib:

“Ölkədə koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin sərtləşdirilməsi nəzərə alınaraq, infeksiyaya qarşı mübarizə tədbirləri çərçivəsində milli parklara giriş müvəqqəti dayandırılıb”. //Oxu.az