» » "Neftçi" növbəti qələbəsini qazandı


Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

 starxeber.az Redaktor.az-a istinadən xəbər verir ki, günün ikinci matçında "Keşlə" "Neftçi"ni qəbul edib.

ASK Arenadakı qarşılaşma "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 69-cu dəqiqədə Namiq Ələsgərov fərqlənib.

Komandalar meydana birgə pankartla çıxıblar. Pankartda "Biz birlikdə güclüyük" yazılıb.

Bu nəticədən sonra "Neftçi" 13-cü xalını qazanıb və bir günlük də olsa, ilk pilləyə yüksəlib. "Keşlə" isə 9 xalla hələ ki, dördüncüdür.

Qeyd edək ki, günün digər matçında "Qəbələ" evdə "Səbail"lə heç-heçə edib - 1:1. Tura oktyabrın 25-də keçiriləcək "Zirə" - "Qarabağ" və "Sabah" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.