» » Gün ərzində Azərbaycanın yaşayış məntəqələrinə 200-dən çox mərmi atılıb


"Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozaraq Tərtər rayonunu intensiv atəşə tuturlar. Artilleriya və raketlərdən istifadə olunur".

starxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında yazıb.

O qeyd edib ki, artilleriya və raketlərdən istifadə olunur:

"Bu gün ərzində Tərtər daxil olmaqla Azərbaycanın yaşayış məntəqələrinə 200-dən artıq mərmi atılmışdır".