» » Məşhur aktyor vəfat etdi


Məşhur türkiyəli aktyor Hikmet Karagöz vəfat edib.

Showxeber.Az xəbər verir ki, bu haqda mərhumun qızı Zeynep Karagöz sosial şəbəkədə yazıb.

"Atam, Hikmet Karagöz bu gün son yolçuluğuna çıxdı. Bu dəfə geri dönməyəcək. Koronavirusa görə vida mərasimi olmayacaq" deyə, o bildirib.

Qeyd edək ki, Hikmet Karagöz Türkiyənin məşhur və ən uzunömürlü serialı olan "Bizimkilər"də rol alıb. 14 il efirə getdikdən sonra ekran işi yayımdan qaldırılıb.