» » Masazırda 11 yaşlı yeniyetmə bıçaqlandı


Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Məmmədov Amin Rəvan oğlu kürək nahiyəsindən tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş, daxilə nüfuz etmiş bıçaq yarası aşkarlanıb.

Yeniyetmə əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.