» » Çağatayın təqdimatına Amerika səfirinin gəlişi qalmaqal yaratdı


Baş rollarında Çağatay Ulusoy, Ayça Turan və Hazar Ergüçlünün oynadığı Türkiyənin ilk “Netflix” serialı “The Protector”un qalasında qalmaqal yaşanıb.

Ekran işinin ikinci mövsümünün tanıtımı üçün çəkiliş komandası bir araya gəlib.

Lakin gecəyə tədbirə qatılan jurnalistlərin etirazı damğa vurub.

Belə ki, təqdimata ABŞ-ın İstanbuldakı səfirinin qatılmasına görə mühafizəçilər media nümayəndələrini sıxışdıraraq, onlarla yaxşı rəftar etməyib.

Jurnalistlər isə onların bu hərəkəti qarşısında birləşərək tədbiri tərk ediblər.

//Axşam.az