» » Bayden prezident seçkilərində qalib gəldi -


ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden seçkilərdə qalib gəlib.

starxeber.az xəbər verir ki, bu barədə CNN, NBC və AP məlumat yayıb.

Agentliklərin məlumatına görə, Bayden qələbə üçün lazım olan 270 səsi toplayıb.

Proqnoz Pensilvaniya üzrə yeni məlumatlar fonunda yenilənib. Qeyd edilir ki, Bayden səs fərqində Respublikaçılar Partiyasının namizədi Donald Trampı üstələyib.

Qeyd edək ki, Pensilvaniyada və bəzi ştatlarda səslərin hesablanması rəsmi olaraq başa çatmayıb. /Report