» » Məşhur aktyor vəfat etdi


Türkiyəli aktyor Ahmet Uz dünyasını dəyişib.

Showxeber.Az  türk mətbuatına istinadən xəbər verir ki, məşhur səhhəti ilə əlaqədar 10 gün əvvəl Türkiyədəki xəstəxanalardan birinə yerləşdirilib. 

Uzun müddətdir ağciyər xərçəngindən əziyyət çəkən aktyora tibbi müdaxilələr edilsə də, heç bir nəticə verməyib. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi 75 yaşlı aktyorun vəfatı ilə bağlı Twitter səhifəsində paylaşım edib. Paylaşımda:

 "Teatr, kino və serial aktyoru Ahmet Uz-a Allahdan rəhmət diləyirik. Böyük sənətkarımızn yaxınlarına və sevənləinə baş sağlığı veririk. Türkiyə sənət aləminin başı sağolsun". sözləri yer alıb.

Qeyd edək ki, Ahmet Uz 1945-ci ildə Ankarada dünyaya gəlib.//axsam.az