» » "Şuşanı ayın 7-də itirdik" -


Özünü qondarma “Dağlıq Qarabağ respublikası”nın "prezidenti" kimi təqdim edən Araik Arutyunyan Şuşanı itirdiklərini və günlərdə yalan danışdığını etiraf edib.

starxeber.az Axşam.az-a istinadən  xəbər verir ki, bu haqda "Sputnik Ermənistan" yazıb. O bildirib ki, Azərbaycan Ordusu noyabrın 7-də Şuşanı işğaldan azad edib.

"Həmin gün Şuşanı itirdik. Əgər müharibə bu cür davam etsəydi, biz yaxın günlərdə bütün Qarabağı itirəcəkdik" deyə, o, sözlərinə əlavə edib.

Araik məğlubiyyətlə bağlı ard-arda etiraflar etməyə başlayıb. O, eyni zamanda döyüşlərin artıq Xandəndinin çox yaxınlığında getdiyini deyib. 

Araik bildirib ki, Azərbaycan Ordusunun şəhərə girməsinə 2-3 kilometr qalıb. Ordumuzun gücündən danışan Araik öz ordusunun zəif olduğunu da gizlətməyib.

"43 gündür gedən müharibədə biz Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl, Hadrut, Əsgəran, Xocavəndin yarısını və ən əsası Şuşa üzərindəidarəni itirdik" deyə, Arutyunyan söyləyib.