» » Rusiyanın daha 3 təyyarəsi Qarabağa yollandı


Dağlıq Qarabağ bölgəsində sülhməramlı qüvvə kimi çıxış edəcək Rusiya hərbçilərini daşıyan 3 ədəd “İL-76” təyyarəsi daha yola çıxıb.

starxeber.az Unikal.org-a istinadən  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bu təyyarələrin göyərtəsində şəxsi heyət və hərbi texnikalar yer alıb.

Qeyd edək ki, ümumilikdə, Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlı kontingentin yerləşdirilməsi üçün 1.960 hərbçi, 90 zirehli personal daşıyıcısı, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdiriləcək.