» » SON DƏQİQƏ!


“İşğal altındakı torpaqlarının və Qarabağın azadlığı münasibətilə dostum İlham Əliyev başda olmaqla, bütün azərbaycanlı qardaşlarımı təbrik edirəm".

starxeber.az   xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib: "Türkiyə razılaşmanın tətbiqinə nəzarət və monitorinq üçün bölgədə yaradılacaq müştərək sülhməramlı qüvvələrində Rusiya ilə birgə yer alacaq.

Atəşkəsə nəzarət və monitorinq üçün yaradacağımız Birgə Türk-Rus Mərkəzi ilə bağlı razılaşma bu səhər imzalanıb. Bu mərkəz Azərbaycanın işğaldan azad olunmuş torpaqları üzərində qurulacaq. Dağlıq Qarabağdakı atəşkəsin pozulmasının qarşısını almağa dair bütün tədbirlər bu mərkəz tərəfindən görüləcək”.

Türkiyə ilə birgə Qarabağ mövzusunda Azərbaycan torpaqlarında yerləşəcək monitorinq mərkəzində əməkdaşlıq edəcəyik.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov qeyd edib ki, Dağlıq Qarabağdakı rus sülhməramlıları atəşkəs rejimini qoruyacaq: “Kontingent əldə olunmuş razılığa uyğun olaraq silahlanıb və müəyyən texnikalara sahibdir. Bu, təhlükəsizlikdir”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığında Türkiyənin də Ermənistanın işğalından azad olunan Azərbaycan torpaqlarında monitorinq mərkəzində Rusiya ilə atəşkəsə nəzarət və monitorinq fəaliyyəti göstərəcəyi bildirilmişdi.