» » Ağır yaralansa da, şəhid yoldaşını özü ilə daşıyan qəhrəmanımız -


Azərbaycan əsgəri vətənin hər bir qarışı üçün sinəsini sipər edib, canından keçib.

starxeber.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, İsmayıllı rayonun Mican kənd sakini Elvin Rəsulov Şuşa uğrunda gedən döyüşlərdə yaralanıb.

1998-ci il təvəllüdlü əsgərimiz 27 sentyabrda Qarabağ ərazisində başlayan müharibədə isə könüllü olaraq iştirak edib.Həkimlər ona yaralarının problem olacağını desələr də, o yenə yoldaşları ilə birgə döyüşə girib. Lakin bir müddət sonra şəhid olan yoldaşını ərazidən uzaqlaşdırarkən ağır yaralanıb.

Elvin bir müddət özündə olmayıb. Əməliyyatdan ayılandan sonra isə ona Şuşanın azad olunduğunu bildiriblər.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik: