Rusiyalı sülhməramlı qüvvələrin Qarabağa köçürülməsi çərçivəsində bir gün ərzində Ermənistana 22 təyyarə yollanıb.
starxeber.az rus mediasına istinadən xəbər verir ki, uçuşu "İl-76" və "An-124" təyyarələri həyata keçirib. Bir gün ərzində Ermənistana 64 ədəd avtomobil və xüsusi texnika çatdırılıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.
"Ulyanovsk-Vostoçnıy aerodromundan gün ərzində Rusiya Aerokosmik Qüvvələrinin "İl-76" və "An-124" hərbi nəqliyyat təyyarələri 22 uçuş həyata keçirib. Ermənistana 64 ədəd avtomobil və xüsusi texnika, yük maşınları, tank, ekskavatorlar və digər maddi-texniki təminat avadanlığı daşınıb" deyə, yazıda qeyd olunub.
Bildirilib ki, İrəvana gedən personal və texnika hərbi kolonlar şəklində ayrılaraq Dağlıq Qarabağa doğru istiqamət götürürlər. Marşrut havadan "Mi-8" və "Mi-24" vertolyotları ilə müşayiət edilir.