Nazpəridən kuryoz hərəkət: vətəndaşın 500 manatını qaytarmır... -

Nazpəridən kuryoz hərəkət: vətəndaşın 500 manatını qaytarmır... - FAKT

Maqazin 20-noy, 22:06 11
Ölkədə elə hadisələr olur ki, “qulaq hər gün bir söz eşitməsə kar olar”. 

Amma məlumat verəcəyimiz hadisə nə bu günün, nə dünənin işidir. Həmin məsələ pandemiyadan qabaq baş verib və indiyə qədər həllini tapmır. Ancaq ortada nə məmur özbaşınalığı var, nə korrupsiya... 

 NEQATİV.COM-a müraciət edən vətəndaş Seymur Bəxtiyarovun sözlərinə görə, onu süründürməçiliyə salan nə icra başçısı, nə nazirdir, xalq artistidir.

S.Bəxtiyarov deyir ki, pandemiyadan əvvəl xalq artisti, müğənni Nazpəri Dostəliyevaya toyda iştirakı üçün 500 manat beh verib. Amma COVİD19 epidemiyası bütün planları alt-üst edib, sərt karantin başlanıb, ölkə üzrə toy mərasimlərinin keçirilməsinə qadağa qoyulub. Şikayətçi bildirir ki, bu səbəbdən toy təxirə salınıb və Nazpəri Dostəliyevaya ödədiyi 500 manat behi bu günə kimi ala bilməyib.

N.Dostəliyeva heç bir əsas və səbəb gətirmədən müştərinin pulunu qaytarmır. S.Bəxtiyarov o şəxsdir ki, Vətən müharibəsi getdiyi günlərdə Silahlı Qüvvələr Fonduna 5000 (min) manat yardım edib.  O, müğənni ilə əlaqə saxlayaraq bildirib ki, həmin 500 manatı da ya onun adından Ordumuza dəstək üçün Fonda köçürsün, ya da qaytarsın. Lakin xalq artistinə heç yaraşmayan bir tərz nümayiş etdirir və vətəndaşın pulunu nə Orduya yönəldib, nə sahibinə verib. S.Bəxtiyarov qeyd edir ki, məsələ heç də 500 manatda deyil: “Sadəcə, Nazpəri xanım kimə belə arxayındır ki, pulu qaytarmır. Deyir ki, nə sənə verirəm, nə də Orduya keçirirəm. Ən azından desəydi ki, həmin pula ehtiyacı var, xərcləyib, qaytarmağa imkanı yoxdur, bir insan kimi başa düşmək olardı, tanınmış sənətkardır, hörmət olaraq keçə bilərdim. Halbuki, bu da inandırıcı deyil.

Nazpəri xanımın 500 manata ehtiyacının olduğunu fikirləşmirəm. Sadəcə, kimə güvənir, niyə belə edir, başa düşmək olmur. Yaxşı, həmin 500 manatı istəmirəm, özümə verməsin, Ordumuza dəstək üçün Fonda köçürsün, ya da bir şəhid ailəsinə versin, qəbzini da mənə göstərsin. Bundan artıq daha nə təklif etməliyəm? Onsuz da o vəsaiti mənə qaytarsa, Ordumuza, ya da vətən üçün qəhrəmanlıq etmiş şəhidin, yaxud qazinin ailəsinə bağışlayacam.

Amma vermir. Niyə pulum onda qalmalıdır? Ortada toy yoxdur, nə zaman toylara icazə veriləcəyi də bilinmir, faktiki yoluxma günbəgün artır, belə olan halda pul Nazpəri xanımda nə vaxta qədər qalacaq?” S.Bəxtiyarovun sözlərinə görə, ilk dəfə belə məsələ ilə qarşılaşır. O, xalq artistinə yaraşmayan bir hərəkət olduğunu bildirir.

Oxşar xəbərlər
z