» » Türkiyədə 1 gündə 153 nəfər koronavirusdan ölüb


Türkiyədə son sutkada 6713 nəfərə COVID-19 diaqnozu qoyulub, 153 nəfər isə bu virusdan ölüb.

starxeber.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

O bildirib ki, son 24 saatda ağır xəstə sayı 4409 nəfər olub.  

Türkiyədə indiyədək 453 535 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 12 511 nəfəri ölüb.