Sentyabrın 28-də Daşkəsən istiqamətində şəhid olmuş kapitan Fərid Dursunovun Qaxın Qorağan kəndindəki məzarı üzərində Azərbaycan bayrağı ilə yanaşı, Türkiyənin “Qalatasaray” klubuna məxsus bayrağın olması xəbəri sosial mediada sürətlə yayılıb.
Artıq bu məsələ “Qalatasaray” klubunun diqqətinə çatdırılıb. “Qalatasaray” klubu şəhidimizin məzarını ziyarət edəcək.
Bu barədə “CBC Sport”un şərhçisi Gündüz Abbaszadə “Facebook” paylaşımında bildirib:
“Qalatasaray”ın növbəti oyunlarından birində stadionda şəhidimiz Murad səs yazısı (Murad Məmmədovun bu kluba olan sevgisini bildirən səsyazısı yayılmışdı - S.M.) dinlənəcək, Fərid yazılı forma ilə oyuna çıxacaqlar. Ailəsi “Qalatasaray”ın oyununa dəvət olunacaq. Klub şəhidimizin məzarını ziyarət edəcək.
“Qalatasaray” prezidentinin köməkçisi Yusuf Günay bir az əvvəl telefon danışığımızda mənə bunları dedi. Fərid və Muradın ailəsinin nömrələrini də istədi. Tapdıq, göndərdik. Bununla yanaşı Türkiyə TV-lərində bu haqda xəbərlər olacaq. Ümid edirəm ruhları şaddır!”
Qeyd edək ki, Fərid Dursunovun atası Fazil Dursunovun azvision.az saytına verdiyi açıqlamaya görə, bayrağı məzarın üzərinə şəhidin Zaqataladan olan dostları taxıblar. Onlar Fəridin “Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı “Qalatasaray”ımın bayrağını da asarsınız” vəsiyyətini icra ediblər.