» » Türkiyədə koronavirusdan ölənlərin sayı yenə artdı


Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 168 nəfər ölüb.

starxeber.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib.

O qeyd edib ki, son 24 saatda 164 547 şübhəli koronavirus testindən keçib, onlardan 6814-nün cavabı pozitiv çıxıb, 3911 xəstə isə sağalaraq evə buraxılıb. Sağalan xəstələr ümumilikdə 385 480 nəfərdir. Ağır xəstə sayı isə 4641 nəfər olub.

Türkiyədə indiyədək 467 730 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 12 840 nəfəri ölüb.