» » Allahverdi Bağırovun məzarı tapıldı -


Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun işğaldan azad olunan Ağdam rayonunda məzarı tapılıb.

starxeber.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto yayılıb.

Ağdamın işğaldan azad edilməsindən sonra onun məzarının üzərinə Azərbaycan bayrağı çəkilib, baş daşını əvəz edən lövhədə Allahverdi Bağırovun fotosu və yazılar yenilənib. 

Allahverdi Bağırov 1992-ci ilin 14 iyunda Naxçıvanikdən Ağdama  geri qayıdarkən minaya düşərək şəhid olub.

Qeyd edək ki, A. Bağırov Ağdamın Şəhidlər Xiyabanında dəfn edilib.