» » Flora Kərimovanın yalanı ifşa oldu


Məşhur "Tıq-tıq xanım" mahnısının ilk ifaçısının kimliyi yenidən müzakirə mövzusuna çevrilib.

starxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, mövzu barədə İTV-də yayımlanan "Sabahın xeyr, Azərbaycan" proqramında danışılıb.

Sözügedən çigzi filmin animatoru, quruluşçu rejissoru Məsud Pənah verilişdə məsələyə aydınlıq gətirib: "Üstündən 50 il keçməsinə baxmayaraq film ətrafında hay-küy davam edir.

Flora Kərimovaya böyük hörmətim var. Gözəl və məxməri səsi var. Amma Flora xanımı tanımıram, onunla işləməmişəm. Mahnının ifaçısı Sevil Allahverdiyevadır".

Bu məqamda bildirək ki, Flora Kərimova 2011-ci ildə Space TV-yə verdiyi müsahibədə "Tıq-tıq xanım" adlı mahnının ilk ifaçısının özü olduğunu vurğulamışdı.

Xatırladaq ki, Sevil Allahveridyeva Vaqif Mustafazadənin məşhur "Sevil" qrupunun solisti olub.