» » Aynişan boşanmasından danışdı


"Ölkəmiz üçün belə məsuliyyətli günlərdə məndən asılı olmayan səbəblərdən arzulamadığım bir mövzuda yenidən gündəmə gəlməli oldum. Ölkəmizdə və dünyada olan bir çox ailələr kimi bizim də aramızda müəyyən problemlər, xasiyyət uyğunsuzluğu yarandı. Bunun bir hissəsi yaya təsadüf etdiyi üçün boşanmağımızla bağlı xəbər yayıldı. Bunu bir çoxları müxtəlif formada yozub, reklamla əlaqələndirdilər. Hər bir normal ailənin daxilində baş verən hadisə idi".

starxeber.az  xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımovanın bloqqer qızı Aynişan Quliyeva bildirib. Fitnes müəllimi olan həyat yoldaşı Kənandan ayrılan Aynişan məsələyə münasibət bildirib:

"Tanınmış olmağım şəxsi məsələlərin yayılmasına səbəb oldu. Bütün bunlara baxmayaraq biz ilk addımda dağıtmaq üçün qurmadığımız ailəni qorumaq məqsədi ilə bir-birimizi başa düşmək üçün zaman vermək qərarına gəldik. Ancaq görünən o oldu ki, aramızdakı problemləri həll edə bilmədik. Bunları nəzərə alaraq 2 həftə əvvəl boşanmaq üçün rəsmi müraciət etdik. Hazırda proses qanunla tam başa çatmayıb. Müvafiq qurumun yekun qərarını gözləyirəm".

Qeyd edək ki, Aynişan və Kənan bu ilin fevralında ailə qurub.