» » Zenfira İbrahimova əməliyyat olundu -


Müğənni Zenfira İbrahimova bu gün əməliyyat olunub.

starxeber.az xəbər verir ki, o liposaksiya əməliyyatı keçirdib.

Bu barədə Şəbnəm Tovuzlu "İnstagram" səhifəsində məlumat verib.

O, əməliyyat olunan həmkarını ziyarət edib.

Xatırladaq ki, sənətçi bir neçə gün öncə piylərini çıxartdırmaq üçün estetik-cərrah Sirus Qoçxaniyə müraciət etsə də, son anda qərarından vaz keçərək, əməliyyat otağından qaçıb.

Buna isə Sirus Qoçxaninin Zenfiradan az əvvəl liposaksiya etdiyi xəstənin ölümü səbəb olub.