» » Zaur Kamal “Xəzər”dən ATV-yə getdi -


Uzun illərdir “Xəzər” telekanalında aparıcılıq edən Zaur Kamal çalışdığı kanal ilə yollarını ayırıb. 

Showxeber.Az  xəbər verir ki, aparıcı “ATV”yə keçib. Bu haqda o, özü açıqlama verib. 

 2021-ci ilin yanvar ayından Zaur Kamal yeni veriliş ilə ATV-də ilk verilişini aparacaq. 

Qeyd edək ki, Murad Dadaşov “Xəzər”ə gəldikdən sonra Z. Kamalın “5-də 5” gündəlik əyləncə verilişinin yayımını dayandırmışdı. Zaur Kamal yalnız həftədə 1 dəfə “Ay Zaur” verilişi ilə efirə çıxırdı.